İtaliyanın "Fiorentina" klubu müdafiəçisi Martin Kasereslə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 34 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bitib. Tərəflər həmin müqaviləni yeniləməkdə maraqlı olmayıblar və yollarını ayırıblar.
 
Uruqvaylı futbolçu 2019-cu ildən "Fiorentina"nın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 61 oyunda 4 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest