"Neftçi"nin belçikalı yarımmüdafiəçisi Sabir Buqrin karyerasını "Qarabağ"da davam etdirə bilər. Matc.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu 24 yaşlı futbolçu ilə yaxından maraqlanır.
 
Lakin Buqrinin paytaxt təmsilçisi ilə mövcud müqaviləsi var. Belə ki, yarımmüdafiəçinin "Neftçi" ilə anlaşmasının müddəti 2022-ci ilin yayında bitəcək. Bu üzdən "Qarabağ" Buqrini transfer etmək istəsə, ilk növbədə qarşı tərəfə təzminat ödəməli olacaq.
 
Qeyd edək ki, Buqrin 2020-ci ilin iyulundan "Neftçi"də çıxış edir. O, geridə qalan mövsümdə Premyer Liqa çərçivəsində 25 oyuna çıxıb, 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest