Futbol üzrə İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon "Yuventus"dan ayrılır.
 
Matc.az xəbər verir ki, 43 yaşlı qolkiper bu barədə özü açıqlama verib:
 
"Mənim gələcəyim artıq məlumdur. "Yuventus"da gözəl və çox uzun dövr bu il tam başa çatır. Fikrimcə, mən klubuma hər şeyimi verdim və daha çoxunu aldım. Ya daha oynamayacaq, ya məni karyerama davam qərarı verməyə sövq edən situasiyada olacaq, ya da fərqli həyat təcrübəsi qazanacağam".
 
Qeyd edək ki, bu mövsüm bitəndən sonra Buffonun futbolçu karyerasına başladığı "Parma"ya qayıdacağı barədə xəbərlər dolaşır.
 
Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest