Fransanın "Lill" klubunda aprel ayının ən yaxşı futbolcusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Burak Yılmaz Liqa 1 təmsilçisində ayın ən yaxşısı seçilib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, azarkeşlər arasında keçirilən sorğu nəticəsində ən yaxşı elan edilb.
 
Qeyd edək ki, Burak aprel ayında "Lill"in heyətində 4 oyuna çıxıb. 35 yaşlı forvard bu görüşlərdə 3 qola imza atıb.
 
Türkiyəli futolçu dekabr ayında da bu komandanın ən yaxşısı seçilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest