Fakundo Melivilo "Zirə"də debüt edib.
 
Matc.az xəbər verir ki, 29 yaşlı hücumçunun debütü Azərbaycan Premyer Liqasının 20-ci turunda rəsmiləşib.
 
Argentinalı legioner "Qəbələ" ilə səfər oyununda (1:1) meydana çıxıb.
 
Melvilo "Zirə"nin tarixində ilk argentinalı oyunçusudur. Ona qədər 29 ölkədən 51 legioner bu komandanın formasını geyinib.
 
Cənubi amerikalı qol hesabını debüt matçında açan 6-cı futbolçu kimi tarixə düşüb. "Qəbələ" ilə qarşılaşmayadək Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Musa Qurbanlı ilk oyunda fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest