Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldovaya qarşı keçirəcəyi oyunun başlanma saatı açıqlanıb.
 
Matc.az xəbər verir ki, martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
 
Xatırladaq ki, qrupun ilk iki oyununda Slovakiya (4:1) və Yunanıstana (3:0) qalib gələn millimiz 6 xalla yer aldığı 3-cü qrupda vahid liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest