"Milan" İtaliya A Seriyasının 16-cı turunun "Yuventus"la oyununa ciddi itki ilə çıxacaq.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın futbolçusu Zlatan İbrahimoviç vacib qarşılaşmada da iştirak edə bilməyəcək.
 
Hələlik fərdi məşqlərlə kifayətlənən isveçli hücumçunun yaşıl meydana yanvarın 18-də "Kalyari"yə qarşı matçla qayıdacağı gözlənilir.
 
Qeyd edək ki, yanvarın 6-da keçiriləcək "Milan" - "Yuventus" görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Milan şəhərinin eyniadlı təmsilçisi 37 xalla turnir cədvəlinə başçılıq edir. 27 xalı olan Turin klubu isə 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest