Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Halk çinin "Şanxay Şanqan" klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, bu komandada keçirdiyi 4 mövsümə görə rəhbərliyə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, Halk "Şanxay Şanqan" klubuna 2016-cı ildə Rusiya "Zenit"indən keçib. O, Asiya təmsilçisinin heyətində ölkə çempionatının və superkubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest