Futbol üzrə Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Telavi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb.
 
4 turdan sonra hesabında 4 xal olan "Samtrediya" 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest