UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Slaviya" (Praqa) oyunundan əvvəl təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Slaviya" (Praqa) oyunundan əvvəl təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə klubların mətbuat xidmətləri məlumat yayıb.
Bildirilir ki, "Sabah"ın oyunöncəsi mətbuat konfransı oktyabrın 12-də saat 18:00-da, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqi isə saat 18:30-da başlayacaq. "Slaviya"nın oyunöncəsi mətbuat konfransı həmin gün saat 19:15-də, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqi isə saat 20:00-da start götürəcək.
Hər iki komandanın mətbuat konfransı və açıq məşqi Bakı Olimpiya Stadionunda keçiriləcək.
Xatırladaq ki, "Sabah" – "Slaviya" oyunu oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.













