19 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunacaq AVRO-2027-nin ilkin və əsas seçmə mərhələlərinin püşkatma mərasimi keçirilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma nəticəsində Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandasının da rəqibləri bəlli olub.
Birbaşa əsas mərhələdən mübarizəyə qoşulacaq yığmamız 7-ci qrupda yer alıb. Futzalçılarımız bu mərhələdə Ukrayna, Yunanıstan və qrup oyunlarına ev sahibliyi edəcək Xorvatiya komandaları ilə qüvvəsini sınayacaq.
Əsas mərhələnin qarşılaşmaları 2027-ci ilin 30 mart - 4 aprel tarixlərində keçiriləcək və yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar.













