"Lixtenşteyn komandasının oyunçularının çox az hissəsi futbol maaşı ilə dolanırlar".
Lixtenşteyn milli komandası UEFA Millətlər Liqası D2 qrupu çərçivəsində Azərbaycan yığması ilə 0:0 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Konrad Fünfştük oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:
- Birinci dəfədir Azərbaycandayam. Burada olmaqdan şadam. Azərbaycan mədəniyyəti ilə tanış olduq.
- Oyun başa çatdıqdan sonra böyük coşqu ilə bunu qeyd etdiniz. Bunun səbəbi nə idi?
- 40 min əhalisi olan ölkə üçün biz oyundan öncə favorit deyildik. Bu oyuna yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin 20 milyon dəyəri var. Bu gün bu nəticəni əldə etməyimiz bizi sevindirdi. Ona görə də bu nəticə bizi sevindirdi.
- Komanda hücum mənasında yaxşı oynadı. Bu haqda nə deyərdiz?
- Biz hər xala sevinirik. Bizim çox qol şanslarımız oldu. Amma biz yenə də özümzü inkişaf etdirməli, daha yaxşı olmalıyıq. Hər oyun inkişaf edirik. Bu gün də 2-3 qol şansımız oldu, qalib gələk. Təəssüf ki, alınmadı. Qarşıdakı oyunlara baxacağıq.
- Həqiqətənmi Lixtenşteyn millisinin üzvlərinin 80-90 faizi başqa sahələrdə çalışırlar və oyunlardan-oyuna gəlirlər milliyə?
- Bəli, doğrudur, biz peşəkar komanda deyilik. Hər bir komanda kimi planımız var. Amma Lixtenşteyn komandasının oyunçularının çox az hissəsi futbol maaşı ilə dolanırlar. Başqa sahələrdə işləyərək maaş alırlar. Amma öz planlarımız var və daim inkişaf etmək istəyirik.













