02 Oktyabr 2026, 18:21
FUTBOL
"Neftçi" klubu milli komandaların oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində yoxlama matçı keçirib.
"Neftçi" klubu milli komandaların oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində yoxlama matçı keçirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Palms Sports" Futbol Mərkəzində baş tutan qarşılaşmada paytaxt təmsilçisi "Araz-Naxçıvan" klubu ilə qarşılaşıb. Görüşdə "ağ-qaralar" rəqibini iki cavabsız qolla üstələyib. Qolları Alen Şkribek və Andrey Ştoqrin vurublar.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu oktyabrın 9-da "Sabah"a qarşı keçirəcək.













