Səudiyyə Ərəbistanı təmsilçisinin hücumçusu Kriştiano Ronaldonun qış "transfer pəncərəsi"ndə klubu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder və "Əl-Nəsr"in sabiq mətbuat katibi Saud Əl-Sarami məlumat yayıb.

"Ronaldo "Əl-Nəsr"də heç bir rol oynamır və mən onun qış "transfer pəncərəsi"ndə klubu tərk edə biləcəyini istisna etmirəm, necə ki, daha əvvəl Kərim Benzema ilə bu hadisə baş vermişdi. Lakin bu, yalnız onun öz istəyi ilə reallaşacaq. Ronaldo artıq özünü tükəndirmiş bir oyunçudur və "Əl-Nəsr"ə daha heç nə verə bilməz, ona görə də getməlidir", – deyə Əl-Sarami "Al-Arabiya FM"in efirində bildirib.

Ronaldo 2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir. O, daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"da oynayıb. Portuqaliyalı futbolçu 5 dəfə "Qızıl top"un və Çempionlar Liqasının qalibi olub, millinin heyətində isə Avropa çempionu titulunu qazanıb və 2 dəfə Millətlər Liqasında qələbə sevinci yaşayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest