16 Sentyabr 2026, 19:43
FUTBOL
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Moldova ilə ikinci yoxlama matçını keçirib.
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Moldova ilə ikinci yoxlama matçını keçirib.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
"Dalğa Arena"nın ehtiyat meydançasında baş tutan görüş rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını 2-ci və 67-ci dəqiqələrdə Ayşən Salamzadə, 65-ci dəqiqədə isə Xanım Əsədova vurublar.
Qeyd edək ki, millimiz ilk oyunda da uduzub. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalibin müəyyənləşməsi üçün keçirilən penalti seriyasında Moldova yığması 5:4 hesabı ilə üstün olub.

_1789589639.jpeg)











