"Qalatasaray" ilə müqaviləsinin başa çatmasından sonra karyerasına klubsuz davam edən Mauro İkardi üçün transfer gündəmi hərəkətlənir.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, "Latsio" yay transfer dövründə İkardi üçün edilən görüşlərin ardından oyunçunun meneceri ilə yenidən əlaqə saxlayıb.

İtaliya təmsilçisinin, transfer şərtlərinin və rəqəmlərin dəqiqləşəcəyi təqdirdə İkardinin təkliflərini əvvəlki dövrlə müqayisədə daha müsbət qiymətləndirməyə hazır olduğu vurğulanıb.

Mauro İkardinin bu gün və ya sabah "Latsio"nun baş məşqçisi Cennaro Qattuzo ilə görüş keçirəcəyi bildirilir.

Argentinalı ulduzun Qattuzo ilə edəcəyi müzakirədən sonra Roma klubuna transferinin reallaşıb-reallaşmayacağına aydınlıq gələcəyi gözlənilir.

Xatırladaq ki, Mauro İkardi "Qalatasaray" forması ilə keçirdiyi 4 mövsümdə 137 rəsmi matçda meydana çıxıb. O, İstanbul nəhəngində bu qarşılaşmalarda 77 qol vurub və 25 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest