"Əl-Əhli"nin qapıçısı Eduar Mendi Seneqal millisindəki karyerasını başa vurduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə futbolçu öz sosial şəbəkə hesabında məlumat yayıb.

34 yaşlı qolkiper milli komandadakı oyunlarından fraqmentlərin yer aldığı videonu "Təşəkkür edirəm, Seneqal" başlığı ilə paylaşıb.

Mendi yığmanın heyətində 60 oyun keçirib və 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub. Futbolçu həmçinin 2019 və 2025-ci illərdə bu turnirin gümüş mükafatçısı adını qazanıb.

Mendi "France Football" nəşrinin versiyasına görə 2026-cı ilin ən yaxşı qapıçısı mükafatına namizəd göstərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest