Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) oyunçular və klublar arasında müqavilənin fəaliyyətinə xitam verilməsi və onun birdəfəlik satın alınması müddəalarını tənzimləyən 17-ci maddəyə dəyişikliklər edəcək.

Matc.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, dəyişikliklər 1 yanvar 2027-ci ildə qüvvəyə minəcək. Yeni qaydalara əsasən, komandalar öz müqavilələrini elə bir formaya salmalı olacaqlar ki, futbolçu ilə klub arasında münasibətlərin birtərəfli qaydada dayandırılmasının dəyəri sövdələşmənin xüsusi şərtlərinə ağlabatan dərəcədə mütənasib olsun.

Qeyd edək ki, sərbəstqalma məbləği – oyunçuların müqaviləsində yazılan sabit məbləğdir və bu bənd aktivləşdirildiyi təqdirdə, futbolçu digər komanda ilə razılığa gələrsə, klub onun gedişinə mane olmaq hüququna malik deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest