26 Avqust 2026, 12:47
FUTBOL
"Neftçi" ilə hücumçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Neftçi" ilə hücumçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt təmsilçisi lüksemburqlu futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş hücumçu "ağ-qaralar"ın heyətində ümumilikdə 19 rəsmi oyuna çıxıb, bu matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













