"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, səsvermədə "Mançester Siti"nin təmsilçiləri Erlinq Haland və Rayan Şerki ilə yanaşı, London "Arsenal"ının futbolçu triosu – David Raya, Qabriel Maqalyayes və Deklan Raysı qabaqlayıb.

Fernandes "qırmızı şeytanlar"ın heyətində 2010-cu ildən bəri bu mükafatı qazanan ilk oyunçu olub. "Mankunianlar"ın heyətində bu uğura sonuncu dəfə nail olan futbolçu Ueyn Runi idi.

Xatırladaq ki, Fernandes 2020-ci ilin yanvarından, "Sportinq" klubundan transfer olunduğu vaxtdan "Mançester Yunayted"də çıxış edir. Bu müddət ərzində o, İngiltərə komandasının heyətində 328 oyuna çıxıb, 107 qol və 108 məhsuldar ötürmə ilə yadda qalıb, həmçinin iki trofey qazanıb.

2025/26 mövsümündə portuqaliyalı pleymeyker bütün turnirlərdə ümumilikdə 37 matçda 9 qol vurub və 22 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest