Göygöl İdman Olimpiya Kompleksində “Elit” layihəsi çərçivəsində 10-13 yaşlı uşaqlar arasında seçim turniri keçirilib.

Matc.az xəbər verir ki, turnirdə Gəncə şəhərini, həmçinin Samux, Goranboy, Göygöl və Şəmkir rayonlarını təmsil edən 200-ə yaxın uşaq iştirak edib. 

Turnirin əsas məqsədi istedadlı futbolçuların izlənilməsi, futbol bacarıqlarının qiymətləndirilməsi və onların “Elit” layihəsinə, eləcə də aşağı yaş qrupları üzrə milli komandalara cəlb olunması üçün seçim prosesinin aparılması olub.

“Elit” layihəsinin direktoru Mirbağır İsayev oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest