"Mançester Siti" və "Çelsi" klublarının keçmiş hücumçusu Rahim Sterlinq İngiltərənin Farnboro şəhəri yaxınlığındakı nəqliyyat qovşağında polis tərəfindən saxlanılıb.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, dördqat İngiltərə çempionuna qarşı təhlükəli avtomobil idarəetmə, azot-oksid (əyləncə qazı) saxlama və analiz üçün bioloji material verməkdən imtina etmə maddələri ilə rəsmi ittiham irəli sürülüb.
31 yaşlı futbolçunun təqsiri sübuta yetirilərsə, onu 2 ilə qədər həbs cəzası gözləyir. Sterlinqin sentyabrın 15-də Beyzinqstok şəhərində məhkəmə qarşısına çıxacağı gözlənilir.
Qeyd edək ki, hələ cari ilin may ayında eyni nəşr hazırda klubsuz olan hücumçunun narkotik vasitənin təsiri altında avtomobil idarə etmə şübhəsi ilə həbs olunduğunu yazmışdı. Həmin vaxt futbolçunun maşınından qadağan olunmuş maddələr aşkar edilmişdi.













