Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi Latviyanın “Liepaya” klubu da ilk matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Belarusun “Dinamo” (Minsk) klubu ilə üz-üzə gəlib. “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. Starkov millimizin sabiq forvardını sonadək ehtiyatda saxlayıb.
 
Bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Minskdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest