Norveç millisinin qapıçısı Oryan Nüland "Leypsiq" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilə 2 il müddətinə - 2028-ci il iyunun sonuna qədər nəzərdə tutulub.

Nüland "Leypsiq"ə azad agent statusu ilə keçib - onun "Sevilya" ilə müqaviləsi cari ilin iyun ayının sonunda başa çatıb.

"Leypsiq"in heyətində Nüland bir gün əvvəl "Vilyarreal"a transfer olunan Peter Qulaçini əvəz edəcək.

35 yaşlı norveçli artıq 2022–2023-cü illərdə "Leypsiq"də çıxış edib. Həmin vaxt o, komandanın ehtiyat qapıçısı olub və yalnız 3 oyunda iştirak edib.

Nüland Norveç millisinin heyətində 76 oyun keçirib ki, bunlardan da 5-i 2026-cı il dünya çempionatına təsadüf edib. Qapıçı milli komandada debütünü 2013-cü ildə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest