Beynəlxalq Futbol Federasiyası (FİFA) təşkilatın rəhbəri Canni İnfantino ilə ABŞ Prezidenti Donald Trampın administrasiyası arasında təmasların olması barədə məlumatları rəsmi şəkildə təkzib edib.

Beynəlxalq Futbol Federasiyası (FİFA) təşkilatın rəhbəri Canni İnfantino ilə ABŞ Prezidenti Donald Trampın administrasiyası arasında təmasların olması barədə məlumatları rəsmi şəkildə təkzib edib.

Matc.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, daha əvvəl KİV-də FİFA prezidentinin təşkilatın rəhbərliyinə keçiriləcək növbəti seçkilərdə iştirak etmək üçün guya amerikalı siyasətçilərin dəstəyini qazanmağa çalışdığı barədə xəbərlər yayılmışdı.

ABŞ dövlət katibinin köməkçisi Dilan Conson da bundan əvvəl həmin məlumatların yalan olduğunu təsdiqləmişdi.

"FİFA prezidenti ABŞ prezidentinə və ya onun administrasiyasının hər hansı bir üzvünə heç bir zəng etməyib. Bu, tamamilə uydurmadır", - deyə təşkilatın bəyanatında qeyd olunub.

Xatırladaq ki, Canni İnfantino 2016-cı ilin fevralından FİFA prezidenti vəzifəsini tutur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest