"Barselona"nın almaniyalı qapıçı Mark-Andre ter Ştegen Amsterdamın "Ayaks" klubuna keçib.

Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qolkiper cari mövsümün sonuna qədər icarə əsasında Niderland təmsilçisinə qoşulub.

Ter Ştegen 2014-cü ildən "Barselona"nın şərəfini qoruyub. O, 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında "Jirona"da keçirsə də, zədə səbəbindən burada yalnız 2 oyunda iştirak edib.

"Ayaks" ötən mövsümün nəticələrinə görə Erediviziyada beşinci olub. Komanda Niderland Kubokunda 1/8 final mərhələsinə qədər yüksəlib, UEFA Çempionlar Liqasında isə ümumi mərhələni adlaya bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest