"Qəbələ" və "Şamaxı" komandaları yeni mövsümün hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununda qüvvələrini sınayıblar.

"Qəbələ" və "Şamaxı" komandaları yeni mövsümün hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununda qüvvələrini sınayıblar.

Matc.az xəbər verir ki, görüş Şamaxı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qəbələ"nin avqustun 8-nə qədər davam edəcək yay təlim-məşq toplanışında bu, komandanın sayca beşinci sınaq matçı olacaq. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda bundan əvvəl "Sumqayıt", "Şəfa" və "İmişli" kimi kollektivlərlə də yoldaşlıq görüşləri keçirib.

"Şamaxı" isə toplanış çərçivəsində son olaraq Qətərin "Əl-Xaritiyat" klubuna 3:0 hesabı ilə qalib gəlib, daha əvvəl isə "Kəpəz"lə qolsuz heç-heçə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest