"Napoli"nin və Belçika millisinin ulduz hücumçusu Romelu Lukaku karyerasını MLS-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

Bildirilir ki, belçikalı forvardın xidmətində "Atlanta Yunayted" maraqlıdır. Hazırda tərəflər arasında danışıqlar ilkin mərhələdədir. Lukaku "Napoli"ni tərk etməyə hazırdır.

Təcrübəli hücumçu İtaliya klubunun planlarına daxil deyil və neapollular bu keçiddən 10 milyon avro qazanmaq niyyətindədirlər. 33 yaşlı belçikalının müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Romelu "Napoli"yə 2024-cü ilin yayında keçib. O, bu müddət ərzində Neapol təmsilçisinin heyətində 45 matça çıxıb, 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, oyunçu ilə klub rəhbərliyi arasında münasibətlər ötən mövsümün sonunda korlanıb. Belə ki, Lukaku Belçika yığmasının düşərgəsindən qayıtdıqdan sonra komandaya qoşulmayıb və zədəsini fərdi şəkildə bərpa etməyə üstünlük verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest