Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin mənzil-qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibi bəlli olacaq.

Püşkatma tədbiri Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Valdas Dambrauskasın rəhbərlik etdiyi Bakı təmsilçisi qitə miqyaslı turnirin ilk təsnifat mərhələsində Uelsin "TNS" klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya çempionu "KuPS"u (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən yarışdan kənarlaşdırıb.

Təmsilçimiz növbəti – III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest