03 Avqust 2026, 12:21
FUTBOL
Məşhur niderlandlı məşqçi Lui van Qal milli komandanın baş məşqçisi postuna qayıtmaq barədə Niderland Kral Futbol İttifaqı ilə danışıqlara başlamağa hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
Bildirilir ki, mütəxəssisin hazırkı səhhəti işləməyə imkan verir, lakin Niderland yığmasına qayıtmaq onun üçün əsas məqsəd deyil – o, yalnız qurum bunu istəyəcəyi təqdirdə dialoqa başlamağa hazırdır.
Qeyd olunur ki, van Qal milli komandanın heyətinin böyük hissəsinə bələddir, həmçinin beynəlxalq turnirləri aktiv şəkildə izləyir.
Xatırladaq ki, Lui van Qal daha əvvəl 2000-2001, 2012-2014 və 2021-2022-ci illərdə Niderland yığmasında çalışıb.













