03 Avqust 2026, 12:04
FUTBOL
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2025-ci il klublararası dünya çempionatına vəsiqə qazanmayan komandalara nəzərdə tutulan 250 milyon dollar məbləğində həmrəylik üçün nəzərdə tutulan ödənişini köçürməyib.
Matc.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.
Bildirilir ki, bu vəsait yarışın gəlirlərini bütün futbol piramidası üzrə bölüşdürmək, turnir iştirakçıları ilə digər klublar arasındakı fərqi azaltmaq məqsədi daşıyırdı.
İlkin plana əsasən, yüksək divizionun hər bir klubu 50 min funt-sterlinq (67,5 min dollar) almalı idi.
Xatırladaq ki, 2025-ci il turniri ABŞ-da 14 iyun - 13 iyul tarixlərində 32 komandanın iştirakı ilə keçirilib. Qalib finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edən "Çelsi" olub.













