FİFA DÇ-2026-nın finalında Castin Biber, Şakira, BTS, Madonna, Burna Boy, Venesuela dirijoru Qustavo Dudamel və "PS22" xorunun çıxışı səbəbindən hissələr arasındakı fasiləni artırmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, sənətçilərin iştirakı ilə şou proqram fasilə zamanı birbaşa "Metlayf" stadionunun meydançasında baş tutacaq. Bununla əlaqədar təşkilatçılar ayrılmış vaxt ərzində səhnəni qurub-sökməyə çatdırmalıdırlar. FİFA fasilənin 20 dəqiqədən çox olmayacağını təxmin edir.
Daha əvvəl FİFA proqramın müddətinin 11 dəqiqə olacağını bildirib və bunu "idman, musiqi və qlobal təsirin kəsişməsində əlamətdar bayram" adlandırıb.
Qeyd edək ki, 2 il əvvəl Amerika Kubokunun finalında Şakira fasilədə "Hard Rok" stadionunda çıxış etmiş, Argentina və Kolumbiya yığmaları isə ikinci hissənin başlaması üçün təxminən 26 dəqiqə gözləməli olmuşdurlar.













