"Elçe"nin hücumçusu Alvaro Rodriqes yeni mövsümdə İngiltərənin "Bornmut" klubunun şərəfini qoruyacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti və maliyyə detalları açıqlanmayıb. Lakin Premyer Liqa klubunun 22 yaşlı uruqvaylı üçün 30 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Rodriqes Kataloniyanın "Xirona" və Madrid "Real"ının akademiyasının yetirməsidir. Hücumçu Madrid klubunun əsas komandasında 10 matçda meydana çıxıb, bu oyunlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan sonra futbolçu "Kral klubu"nu tərk edərək 2 milyon avro qarşılığında "Elçe"yə keçib. 2025/2026 mövsümündə Rodriqes "Elçe" forması ilə 36 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.













