"İnter" və "Milan"ın sabiq müdafiəçisi Dario Şimiç korrupsiya şübhəsi ilə Xorvatiya polisi tərəfindən həbs edilib.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, Şimiç tikintiyə icazə verilməyən sahil zonasında turizm evlərinin inşasına icazə almaq üçün Tisno qəsəbəsinin yerli hakimiyyət orqanlarına rüşvət verməkdə ittiham olunur. Şimiçdən rüşvət alan məmurlar da həbs ediliblər.
Qeyd edək ki, ötən il Şimiçin qardaşı Yosip pul yuyulması və vergidən yayınmaq üçün saxta şirkətlərdən istifadə edən cinayətkar təşkilatın üzvü kimi həbs olunmuşdu.
Şimiç daha çox "İnter" və "Milan"dakı çıxışları ilə tanınır. O, həmçinin Zaqreb "Dinamo"su və "Monako"nun da şərəfini qoruyub. Xorvatiya millisinin heyətində 100 oyun keçirib və 3 qol vuran sabiq müdafiəçi, yığma ilə birlikdə 1998-ci il dünya çempionatının bürünc mükafatçısı olub.













