"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Finlandiyanın "KuPS" klubu olub.

Matc.az xəbər verir ki, ilk oyunda səfərdə Şimali Makedoniyanın "Vardar" klubuna 2:0 hesabı ilə qalib gələn Finlandiya təmsilçisi, öz meydanındakı cavab qarşılaşmasında əlavə vaxta gedən gərgin mübarizədən sonra mərhələ adlayıb.

Cavab matçının əsas vaxtı "Vardar"ın 2:0 hesablı üstünlüyü ilə başa çatsa da, əlavə vaxtda 2 qol vuran "KuPS" ümumi hesabdakı üstünlüyü sayəsində (4:3) iki oyunun nəticəsinə görə qalib gələrək növbəti mərhələyə yüksəlib.

"Sabah" ilk mərhələdə Uelsin "TNS" klubunu üstələyəcəyi təqdirdə, növbəti mərhələdə ilk oyunu səfərdə məhz Finlandiya çempionuna qarşı keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 17-də, cavab oyunları isə iyulun 21-22-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest