"İmişli" klubu iyulun 16-da yeni loqosunun rəsmi təqdimat mərasimini keçirəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tədbirdə klubun yenilənmiş vizual kimliyi ictimaiyyətə təqdim olunacaq, həmçinin klubun gələcək inkişaf strategiyası və qarşıdakı hədəfləri barədə məlumat veriləcək.

Təqdimat mərasimi saat 10:00-da "Holiday Inn Baku" hotelinin "New York" zalında baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest