Qanalı şaman Nana Kvaku Bonsam İngiltərənin ulduz hücumçusu Harri Keyni cadu edib.
Mat.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.
Bu gün Qana 2026-cı il dünya çempionatının ikinci turunda Bakı vaxtı ilə saat 00:00-da başlayacaq oyunda İngiltərə ilə qarşılaşacaq. Bonsam qarşıdakı oyunda milli komandasına kömək etmək üçün Keynə cadu edib.
"Ona ciddi zədə arzulamıram. Ölkəmə qarşı oynamasaydı, bu kifayət edərdi. Qananın bundan faydalanması üçün əlimdən gələni edəcəyəm", - şaman bildirib.
2014-cü il dünya çempionatı zamanı Bonsam Portuqaliya ilə oyundan əvvəl Kriştiano Ronaldonu da cadu etmişdi. Ronaldonun oyundan əvvəl diz problemləri var idi, amma o, meydana çıxdı və həlledici qolu vuraraq komandasına 2:1 hesablı qələbə qazandırdı.













