Lionel Messi dünya çempionatı tarixinə mənfi rekordla düşüb. Argentina millisinin kapitanı turnirin əsas vaxtında üç penaltini qaçıran ilk futbolçu olub.

Matc.az xəbər verir ki, Avstriya ilə matçın doqquzuncu dəqiqəsində hücumçunun yerinə yetirdiyi penalti zərbəsi qapıdan yayınıb.

Bu, Messinin dünya çempionatlarında vura bilmədiyi üçüncü penaltidir. 2018-ci ildə onun zərbəsini İslandiya qapıçısı Hannes Halldorsson, 2022-ci ildə isə Polşa qolkiperi Voyçex Şçesnı dəf etmişdi.

Argentinalı ulduz daha sonra əsas vaxtda qol vuraraq özünü doğruldub. Bu qol ona dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında təkbaşına birinci yerə yüksəlmək imkanı verib. Aktivində 17 qol olan Messi Miroslav Klozeni (16) geridə qoyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest