Fransa millisinin düşərgəsində maraqlı anlar yaşanıb. 2026-cı il dünya çempionatındakı növbəti oyununa hazırlaşan komandada günün əsas mövzusu məşq və ya taktiki təhlil deyil, Maykl Olisenin etdiyi zarafat olub.
Matc.az xəbər verir ki, Fransa yığmasının qanad oyunçusu məşq meydançasında kiçik bir yük maşını aşkar edib və onunla meydançada gəzmək qərarına gəlib.
Olisehin qeyri-adi nəqliyyat vasitəsini idarə etdiyi və məşq meydanında ekskursiyaya çıxdığı video sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb. Tək gəzmək istəməyən futbolçu komanda yoldaşı Rayan Çerkini də maşına dəvət edib. Görüntülərdən hər iki oyunçunun bu prosesdən böyük zövq aldığı və əyləndiyi aydın görünür.
Xatırladaq ki, Fransa dünya çempionatının növbəti oyununda İraqla qarşılaşacaq. Matç iyunun 23-də start götürəcək. Bu qarşıdurma I qrupunda böyük əhəmiyyət kəsb edir, çünki qələbə qazanacağı təqdirdə Fransa millisi vaxtından əvvəl turnirin 1/16 finalına yüksələcək.
Fransa və İraq arasında keçiriləcək matç güclü ildırım təhlükəsi səbəbindən daxili federal qanunvericiliyə əsasən təxirə salına bilər.













