İtaliya Futbol Federasiyasında prezident seçkiləri başa çatıb. Təşkilatın sükanı arxasına yeni rəhbər gətirilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Federasiyanın yeni prezidentinin seçkiləri iyunun 22-də təşkilatın Romada keçirilən assambleyası zamanı baş tutub. Covanni Malaqo səslərin 68,58%-ni toplayaraq rəqibi Cankarlo Abeteni (29,17%) geridə qoyub.
Malaqo 2012-ci ildən 2025-ci ilə qədər İtaliya Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışıb və hazırda Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. 67 yaşlı funksioner həmçinin Milan və Kortina d'Ampezzoda keçirilən Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə sədrlik edib.
Xatırladaq ki, İtaliya milli komandasının dünya çempionatına vəsiqə qazana bilməməsi və pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzmasından sonra Qabriele Qravina istefa vermiş, bu yaz onun yerini müvəqqəti olaraq Cankarlo Abete tutmuşdu.













