İngiltərənin "Mançester Siti" klubu yeni baş məşqçisini tapıb. Mançester təmsilçisi Enzo Mareska ilə anlaşma əldə edib.
Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Canluka Di Marsio öz rəsmi saytında məlumat yayıb.
İtalyan mütəxəssisin "şəhərlilər"lə 3 illik müqavilə imzalayacağı gözlənilir. Menecer yaxın saatlarda rəsmi müqaviləyə qol çəkmək üçün Mançesterə yollanacaq. "Mançester Siti" və "Çelsi" klubları bu keçid üçün 20 milyon avro məbləğində kompensasiya barədə tam razılığa gəliblər.
Əvvəllər bildirilirdi ki, "Çelsi" rəhbərliyi Mareskanı müqavilə şərtlərini pozmaqda ittiham edir. Buna səbəb onun hələ London klubunu çalışdırarkən rəqiblərlə gizli danışıqlar aparması olub. "Zədəganlar" italyan məşqçinin gedişinin mövsümə mənfi təsir göstərdiyini, komandanın Premyer Liqada 10-cu yeri tutaraq avrokuboklardan kənarda qaldığını hesab edir.
Xatırladaq ki, Enzo Mareska 2024-cü ilin iyunundan 2026-cı ilin yanvarına qədər "Çelsi"nin sükanı arxasında olub.













