23 İyun 2026, 10:15
FUTBOL
Azərbaycan təmsilçisi "Zirə"nin Avropa Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubuna qarşı keçirəcək oyunlarının başlama saatları müəyyənləşib.
Azərbaycan təmsilçisi "Zirə"nin Avropa Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubuna qarşı keçirəcək oyunlarının başlama saatları müəyyənləşib.
Matc.az xəbər verir ki, komandalar arasındakı ilk görüş iyulun 8-də Sumqayıt şəhər stadionunda baş tutacaq. Həmin qarşılaşma saat 20:00-da start götürəcək.
Tərəflər arasındakı cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya adına stadionda təşkil olunacaq. Gürcüstandakı oyun da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.













