"Brayton"un baş məşqçisi Fabian Hürtseler növbəti mövsümdə də İngiltərə klubundakı fəaliyyətini davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Almaniyalı mütəxəssis "qağayılar"la yeni uzunmüddətli müqavilənin şərtlərini artıq razılaşdırıb. "Bayer"in marağına baxmayaraq, 33 yaşlı məşqçi Premyer Liqada qalmağa qərar verib.

Hürtselerin klubla hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, tərəflər müqavilənin müddətinin uzadılması barədə razılığa gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest