"Əl-Qadisiya"nın hücumçusu Mateo Reteqi ciddi zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı forvardın ayaq sümüyü sınıb. Reteqi ölkə çempionatının XXIV turunun "Əl-Şəbaba"la matçında zədələnib. 26 yaşlı futbolçu üç ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mateo Reteqi bu mövsüm "Əl-Qadisiya"nın heyətində keçirdiyi 31 oyunda 19 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest