"Arsenal"ın futbolçusu Qabriel Martinelli karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.

PSJ braziliyalı vingeri transfer etmək istəyir. Paris təmsilçisinin idman direktoru Luis Kampos Martinellinin meneceri ilə danışıqlar aparıb. 24 yaşlı oyunçunun Liqa 1 nəhənginə keçidinin 50 milyon avro qarşılığında reallaşmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, Qabriel Martinelli bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest