Belçikalı hücumçu Romelu Lukaku "Napoli" ilə aralarında olan insindentdən sonra komandaya geri qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Lukaku bu gün, mövsümün sonuna 5 tur qalmış "Napoli" ilə məşqlərə qatılacaq. Belçikalı qərarını agenti vasitəsilə kluba açıqlayıb.
Xatırladaq ki, mart ayında hücumçu Belçika millisinin düşərgəsinə qatılıb, lakin komandanın məşqçilər heyəti müalicəsi tamamlanmayan zədəsi səbəbindən onu heyətdən kənarlaşdırıb. Lakin futbolçu Napoliyə qayıtmaq əvəzinə, klubun icazəsi olmadan Belçikada qalıb sağalma prosesini müstəqil şəkildə davam etdirib.
Lukakunun aprelin 14-də "Napoli"nin təlim-məşq bazasına qayıtması gözlənilirdi, lakin 32 yaşlı hücumçu İtaliyaya gəlməyib. Bundan sonra klubla oyunçu arasındakı münasibətlər tamamilə kəsilib. "Napoli" Lukakunu bu davranışlarına görə cərimələməyə qərar verib.
Belçikalı futbolçunun "Napoli" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir və onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.












