"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə "Everton" üzərində 1:2 hesablı qələbə ilə bağlı təəssüratlarını bölüşüb.

Matc.az xəbər verir ki, o, bu qarşılaşmada fəqlənə bilib.

"Düzünü desəm, bu, əla hissdir. Əsas olan komandanın sakitləşməsinə və özünəinamını qorumasına kömək etmək idi. Bunun çox çətin bir matç olacağını bilirdik. Sonda qələbəni təmin edə bildiyimiz üçün şadam.

Ümid edirəm ki, qalan oyunlarda qol vurmağa davam edə və komandaya heç olmasa Çempionlar Liqasına vəsiqə qazanmağa kömək edə bilərəm. Klubla yüksək notlarla vidalaşmaq istəyirəm", - deyə Salah açıqlamasında deyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest