20 Aprel 2026, 16:55
FUTBOL
İcarə əsasında "Tottenhem"də çıxış edən Randal Kolo Muani "Yuventus"a qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
İtaliya klubu fransalı hücumçu üçün ilkin təmasları başlayıb. Kolo Muaninin müqavilə ilə məxsus olduğu PSJ onun üçün 60 milyon avro tələb edir. Turin təmssilçisi isə bu məbləği aşağı salmaq istəyir.
Qeyd edək ki, Randal Kolo Muani bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 36 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib. 27 yaşlı forvard ötən mövsümün ikinci yarısında "Yuventus"un formasını geyinib.










_1776698575.jpg)

