"Qalatasaray" heyətini daha bir dünya ulduzu ilə gücləndirmək istəyir.

Matc.az xəbər verir ki, İstanbul klubu "Mançester Yunayted"in kapitanı Bruno Fernandeşi transfer etmək variantını nəzərdən keçirir.

"Sarı-qırmızılılar" növbəti mövsüm Çempionlar Liqasında daha uğurlu nəticələr əldə etmək üçün portuqaliyalı yarımmüdafiəçini əsas hədəf seçib. Klub rəhbərliyi yay "transfer pəncərəsi"ndə Fernandeşlə əlaqə qurmağı planlaşdırır.

Qeyd edək ki, Fernandeş cari mövsüm ümumilikdə 32 matça meydana çıxıb, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. 31 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest