İtaliya milli komandasının kapitanı Canluici Donnarumma "Sky Sports" televiziyasına açıqlama verib.

Matc.az xəbər verir ki, "Mançester Siti"də çıxış edən qapıçı heç vaxt federaasiyadan pul istəmədiyini bildirib:

"Kapitan olaraq federasiyadan heç vaxt bir avro belə istəməmişəm. Ölkəmizi təmsil etmək pulla ölçülə bilməyən bir şərəfdir. Mətbuatdakı şərhlər və açıqlamalar məni çox incitdi. Milli komandanın etdiyi tək şey turnirə vəsiqə qazanan oyunçulara hədiyyə təklif etməkdir, vəssalam. Amma heç kim federasiyadan heç nə istəməyib. Əsl hədiyyəmiz dünya çempionatına getmək idi. Təəssüf ki, bu baş vermədi. Heç bir oyunçu bonus istəmədi".

Qeyd edək ki, İtaliya uığması DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya məğlub olaraq mundialdan kənarda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest